Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

 

Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan və Türkiyənin millət vəkilləri, tanınmış siyasətçilər, elm xadimləri, Türkiyə paytaxtında təhsil alan tələbə və müdavimlərimiz, KİV təmsilçiləri tədbirdə iştirak etmişlər.

Salona toplaşanlar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 

20 Yanvar faciəsinin səbəblərindən bəhs edən sənədli film nümayiş olunmuşdur. 

Tədbiri giriş sözü ilə açan ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov müstəqilliyin bərpa edilməsi yolunda canlarını fəda etmiş qəhrəmanlarımızın şücaətindən, Qanlı Yanvar hadisələrinin səbəb və nəticələrindən ətraflı bəhs etmişdir.

Milli Məclisin deputatı, professor Yaqub Mahmudov çıxışında bildirmişdir ki, 20 Yanvar bir hüzn və kədər günü deyil, xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu olan bir gün kimi qiymətləndirilməlidir. Təəssüf ki, torpaq uğrunda canlarını fəda etmiş insanlar həmin hadisələr zamanı respublikaya rəhbərlik edənlərin səhvi, bəzən isə xəyanəti ucbatından ölümə sürükləndilər. Mixail Qorbaçovun ermənipərəst siyasətinə, Dağlıq Qarabağda Arkadiy Volskinin başçılığı ilə xüsusi rejimə, Bakıya qoşun yeridilməsinə etiraz etməyən bu rəhbərlər azadlıq mübarizəsinə qalxmış insanları yalqız qoydular. Lakin bu ağır günlərdə Moskvada təhdidlər altında yaşayan ulu öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Daimi Nümayəndəliyinə gəldi və qanlı cinayəti pisləyən bəyanat verdi. Bu hadisələrin layiqli siyasi-hüquqi qiyməti də məhz ulu öndərimizin ikinci dəfə hakimiyyətə gəldiyi vaxtda - 1993-cü ildə verildi. O mürəkkəb dövrdə respublikanın bədnam rəhbərlərinin SSRİ-nin qorunub saxlanılmasına dair referendumda imperiyanın lehinə səs verdikləri halda, ümummilli liderimizin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında kommunist rejiminin əleyhinə qərar qəbul olundu.    

Toplantıda çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Türkiyənin millət vəkili, professor Yusuf Halaçoğlu, tələbə Kamran Abbasov və hərbi məktəbin müdavimi Xəqani Abbaszadə ermənilərin və rus imperiyasının əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlər, qətliamlar və etnik təmizləmə siyasətindən bəhs etmişlər.

Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları TRT-nin Ankara studiyasında 20 Yanvar hadisələrindən bəhs edən proqramda da iştirak etmişlər.

Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında