ABŞ-ın “The Washington Times” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur

ABŞ-ın “The Washington Times” qəzetinin 9 yanvar tarixli nömrəsində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur.

ABŞ-ın “The Washington Times” qəzetinin 9 yanvar tarixli nömrəsində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, məqalədə bu il dünyada yaşayan bütün azərbaycanlıların 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edəcəkləri bildirilir.  

Yazıda faciənin tarixi haqqında oxuculara məlumat verilir. Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilərək dinc əhaliyə qarşı törətdiyi qırğınlar nəticəsində 170 nəfər qətlə yetirilmiş, 321 nəfər itkin düşmüş, 700-dən artıq insan isə yaralanmışdır. Qeyd edilir ki, bu cür qətliamlar Qazaxıstan, Gürcüstan və Litva kimi digər keçmiş sovet respublikalarında da törədilsə də Azərbaycanda həyata keçirilmiş Yanvar qırğını daha kütləviliyi və qəddarlığı ilə seçilir.  

Yazıda bildirilir ki, dəhşətli Yanvar hadisələri Azərbaycan xalqının ruhunu qıra bilməmiş, əksinə, onu azadlıq və müstəqillik uğrunda daha da sıx birləşdirmişdir. Bu azadlıq mübarizəsi isə 1991-ci ildə Azərbaycanın müstəqilliyini yenidən əldə etməsi ilə nəticələnmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında